Tammetrajlı sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur
Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir.
Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar «gizli kamera» ilə çəkilmişdir.
Filmin ən təsirli epizodlarından biri Q. Qarayevin skripkaçalan L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox mühüm yaradıcılıq apofeozudur.
Rejissor: Oqtay Mirqasımov
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov
Operator: M. Mass
Rəssam: Fikrət Bağırov
Səs operatoru: Kamal Seyidov
Janr: sənədli
bioqrafik
musiqili
Dil: Rus dili
Ölkə: Flag of the Soviet Union.svg SSRİ
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: qısametrajlı sənədli film
Rəng: ağ-qara
Vaxt: 51 dəq.
İl: 1968
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 5 hissə
1350 metr
35 mm