Böyük yazıçı-maarifçi (film, 1938)

Burada Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı haqqında danışılır, yazıçının anadan olduğu Nuxa (indiki Şəki), gənclik illərini keçirdiyi Gəncə, dövlət idarəsində çalışdığı Tiflis şəhərləri göstərilir, onun ölməz əsərlərindən söhbət gedir. Film yazıçının yubileyinə həsr olunmuş təntənəli plenumla başa çatır.
Kinooçerkdə M.F.Axundovun rəngkarlıq və heykəltəraşlıq portretləri, əsərlərinin nəşrləri, pyeslərinin afişaları da nümayiş etdirilir.

Rejissor: Əbdül Həsənov, Əli Musayev
Ssenari müəllifi: Əbdül Həsənov, Əli Musayev
Operator: İvan Manakov, Vladimir Yeremeyev, Əlibala Ələkbərov
Səs operatoru: İlya Ozerski
Janr: Sənədli
Qısametrajlı
Tarixi
Bioqrafik
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Azərfilm
Filmin növü: Qısametrajlı Sənədli Film
İl: 1939
Film çəkilən yerlər: Şəki
Gəncə
Tbilisi, Gürcüstan
Texniki məlumatlar: 1 hissə
290 metr
35 mm