Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir.
Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar-Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.
Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır.
Rejissor: Esfir Şub
Ssenari müəllifi: Esfir Şub
Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov
Bəstəkar: Niyazi
Səs operatoru: Ağahüseyn Kərimov
Montaj rejissoru: Esfir Şub
Janr: Sənədli
Dil: Azərbaycan dili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Tammetrajlı Sənədli Film
İl: 1947
Film çəkilən yerlər: Təbriz, İran
Texniki məlumatlar: 6 hissə
1496 metr
35 mm