Artilleriyanın allahı sayılırdı (film, 1996)

Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir.

Film generalın bu sözləri ilə bitir: «Mən öz keçmişimə təmiz bir vicdanla və müasirlərimin üzünə tam cəsarətlə baxıram».

Rejissor: Ziya Şıxlinski
Ssenari müəllifi: Ziya Şıxlinski
Səs operatoru: Kamal Seyidov
Montaj rejissoru: Esmira İsmayılova
Janr: Sənədli
Qısametrajlı
Tarixi
Bioqrafik
Müharibə
Dil: Azərbaycan dili (titrlər ruscadır)
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azanfilm» Studiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Ağ-Qara
Vaxt: 17 dəq.
İl: 1996
Texniki məlumatlar: 2 hissə
525 metr
35 mm