Abbas Mirzə Şərifzadə filmi rejissor Gavə Həsənov tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film məşhur Azərbaycan aktyoru, rejissor Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığından bəhs edir.
Məzmun
Film məşhur Azərbaycan aktyoru, rejissor Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığından bəhs edir.
Sənət onunla bərabər doğulmuşdu. Sənət onun qanında, canında idi. Səhnədə müxtəlif obrazlar yaratmış Abbas Mirzə Şərifzadə ilk kino rejissorlarımızdandır. O həm rejissor, həm aktyor, həm də məharətli teatr təşkilatçısı idi. Filmdə onun yeganə övladı Firəngiz Şərifova və dostu İsmayıl Dağıstanlı sənətkar barədə öz xatirələrini danışırlar.
Maraqlı faktlar
Filmdə «Sevil», «Bismillah», «Məhəbbət oyunu» filmlərindəki kadrlardan və «Gilan qızı» filminin çəkiliş kadrlarından istifadə olunmuşdur.
Filmdə Abbas Mirzə Şərifzadənin repressiya qurbanı olmasına toxunulmamışdır.
Film latınca titrlərlə bərpa olunmuşdur.
Rejissor: Gavə Həsənov
Ssenari müəllifi: Nazim Sadıxov
Operator: Ömər Qaziyev
Mətni oxuyan: Həsən Əbluc
Janr: sənədli
qısametrajlı
bioqrafik
Dil: azərbaycanca
Ölkə: Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
İstehsalçı qurum: Azərbaycan televiziyası