IX korpus (film, 2012)

Фуад Аббасов Маликоглу-МисраТВФуад Аббасов Маликоглу-МисраТВ

IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film «Salnamə» kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və «Unudulmuş partizan» filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.

Məzmun
Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Russkaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan və qəhrəmanlığından bəhs edilir.

Müharibədən sonra partizanlardan Cavad Həkimli, Əsəd Qurbanov, Mikayıl Qulubəyov, Cabbar Quliyev, Alim Əliyev, Mirdamət Seyidov, Rza Orucov, Fərrux İsmayılov və Canbaxış Canbaxışov vətənə qayıtdılar.

Mehdi Hüseynzadə, Rza Ağazadə, Kərim Ələsgərov, Tağı Əliyev, Bayram Əzizov, Aman Babayev, Əli Babayev, Firudin Hüseynov, İsmayıl Heydərov, Məzahir Quliyev, Qasım Qurbanov, Məmməd Səlimov, Abdulla Vəliyev, Ağakərim Ələsgərov və Sadiq Nadirli isə qayıtmadılar.

Maraqlı faktlar
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə çəkilmişdir.

Filmdə Cavad Həkimlinin və Şəmistan Nəzirlinin şəxsi arxiv materiallarından istifadə olunub.

Film 2013-cü ildə saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təqdim edilib.

Mükafat
2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və «Unudulmuş partizan» filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri: Andrey Malniç (Sloveniya), Tahir Əliyev
Rejissor: Tahir Əliyev
Operator: Elşən Həsənoğlu
Montaj: Rauf Əliyev
Musiqi tərtibatı: Azər Hacıəsgərli
Səs operatoru: Mehman Nadirov
Redaktor: İlham Tumas
Məsləhətçi: İvan Başin (Sloveniya)
Arxivarius: Samirə Seyidbəyli
İcraçı prodüser: Andrey Kompara (Sloveniya)
Mətni oxuyan: Sabir Məmmədov
Filmi səsləndirən: İlham Tumas

Filmdə iştirak edənlər
Branko Marusiç (tarixçi)
Mirka Yuren (şahid)
Miloyke Maqayne (professor)
Andrey Malniç (muzey direktoru)

Arxiv kadrlar
Cavad Həkimli («Ruskaya çetna» batalyonunun komandiri) (şəkil, video)
Mikayıl Qulubəyov (şəkil)
Fərrux Sultanov (şəkil)
Rza Orucov (şəkil)
Adolf Hitler (video)
Mehdi Hüseynzadə (şəkil)
Cabbar Quliyev («Ruskaya çetna» batalyonunun döyüşçüsü) (video)
Tağı Əliyev (şəkil)
Sadiq Nadirli (şəkil)
Firudin Hüseynov (şəkil)
Qədir İsgəndərov (şəkil)
Mirdamət Seyidov («Ruskaya çetna» batalyonunun döyüşçüsü) (video)

Digər məlumatlar
Janr: sənədli, qısametrajlı, tarixi, müharibə
Filmin digər adı: 9-cu korpus
Dil: azərbaycanca
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Salnamə» kinostudiyası
Filmin növü: qısametrajlı sənədli film
Rəng: rəngli