Lənkəranın Təngivan kəndinin sakinlərinin ekoloji fəlakət təbiri

Lənkəranın Təngivan kəndindən göndərilmiş şikayət məktubunu təqdim edirik.

Lənkəranın Təngivan kəndindən göndərilmiş şikayət məktubunu təqdim edirik.

«Bizim kənddə çoxdan mövcud olan bir problem var, dayandıra bilmirik. Lənkəran polisi kənddə mövcud olan karxanaya dəstək olaraq kəndin torpaqlarını talan edir daşıyırlar, ekologiyanı, təbiəti viran qoyurlar. Bu haqda aktiv olaraq son 3 ildə var gücümüzlə mübarizə aparsaq da dayandıra bilmirik onların ekologi talanını. Son dövrdə isə lənkəran polisi çoxlu sayda ekskavatorun ətrafında dayanıb etiraz edən sakinləri yaxın qoymur, onları tutur, təzyiq edir, həbs edir, telefonları alır, çəkənləri təqib edir və s. Bu haqda çoxlu yeni videomateriallar çəkmişik.
Ekologiya Nazirliyi dəfələrlə bizə bu məzmunda sənəd göndərib ki, karxana qanunları pozur. Özü qarşısını ala bilmir. Bu sənədələri polislərə göstərsək ki eşitmək istəmir.
Karxana tərəfəindən 9 ildir kəndin və ekologiyanın talan edilməsinə qarşı çıxan sakinlərin üzərinə Lənkəran polisi yeridildi. Hazırda polislər ekskavatoru müşaiyət edirlər ki, sakinlər onun qabığını kəsməsin.»