Ögey ana (1958)

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir.

Rejissor: Həbib İsmayılov
Ssenari müəllifi: Həbib İsmayılov, Anna Yan
Operator: Xan Babayev
Rəssam: Elbəy Rzaquliyev, Məmməd Hüseynov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: İlya Ozerski

Rollarda:

Nəcibə Məlikova — Dilarə
Fateh Fətullayev — Arif
Həqiqət Rzayeva — Qəmər
Ceyhun Şərifov — Dadaş
Əzizə Məmmədova — Solmaz
Hacı Murad Yagizarov — Ayaz (H. Yegiazarov kimi)
Ələsgər Ələkbərov — Hüseyn dayı
Nəsibə Zeynalova — Fatmanisə
Şəfiqə Qasımova — Zeynəb
Ceyhun Mirzəyev — İsmayıl
Sevinc Axundova — Cəmilə
Fərhad Bakıxanov — Səməd
Əli Qurbanov — Qurbanəli
A. Əzimova
S. Mirsadıqova
Ələkbər Hüseynzadə — Ayazın atası
Əkbər Fərzəliyev — fəhlə
A. Hüseynov
Fazil Salayev — kənd sakini (titrlərdə yoxdur)
Dadaş Kazımov — rəngsaz (titrlərdə yoxdur)
Azad Dadaşov