İTM ve MİSRA tərəfindən görülən son işlərin kısa mərüzesi

Hörmətli həmvətənlərim!

Rusiyada fəaliyət göstərən Misra.ru (Международная Информационная Служба Роcсийских Азербайджанцев – Rusiya Azərbaycanlarının Beynəlxalq İnformasiya Mərkəzi) portalının və onun nəzdində yaradışlmış MİSRA TV İnternet kanalının fəaliyyətlərini tanımanızı və daha geniş miqyaslı işlər görməsi üçün dəstəkləməyinizi xahiş edirəm.

2016-сı ildə fəaliyyətə başlayan Misra.ru kanalının başlıca vəzifəsi Azərbaycanın milli maraqlarının qorunması, ölkələrimiz və xalqlarımız haqqında obyektiv rəyin formalaşdırılması, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, ictimai-siyasi və sosial-iqtisadi həyatı haqqında məlumatları özündə əks etdirən xəbərlərin Rusiya Federasiyasında yayılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qondarma «erməni soyqırımı» ilə bağlı həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılması, ermənilərin Azərbaycan ərazilərində törətdikləri terror və soyqırım aktları, o cümlədən Xocalı soyqırımı haqqında məlumatların çatdırılması, Rusiya ictimaiyyətində Azərbaycan və Türkiyə haqqında obyektiv rəyin yaradılmasıdır.

Mərkəzimizin son illərdə gördüyü fəaliyyətlərin arasında bunlar yer almaqdadır:

  • 09 may 2016-cı ildə Moskvada Qələbə Günü münasibəti ilə keçirilən “Ölümsüz Polk” yürüyüşü sırasında Azərbaycan Bayraqlarının və Böyük Vətən Müharibəsində iştirak etmiş azərbaycanlı əsgərlərin portretlərinin kütləvi qrup olaraq ilk dəfə Qızıl Meydana yürüyüşünü təşkil edildi. (misra.ru/09-may-2016)

  • 28 May 2016 Respublika günündə Moskvanın Bakinskaya küçəsi ev 31 adresindəki qanvermə aksiyasını təşkil edildi.  (misra.ru/28-may-2016)

  • 26-29 Sentyabr 2016 tarixində Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Müzeyində keçirilən elmi konferansta erməni əsilli alimlərin Azərbaycan tarixinə qarşı təxribatına kütləvi etiraz aksiyasını təşkil edildi. (misra.ru/ermitaj-protiv-azerbaycana)

  • 16 dekabr 2016-da Moskva Millətlər Evində qondarma «Talışıstan Respublikası himinin» tanıtım mərasiminin ləğv olunması üçün kütləvi etiraz aksiyası keçirildi. (misra.ru/talishi-v-moskve)

  • 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, erməni əsirliyində tutulan Dilgəm Əskərov və Şahbaz Quliyevə azadlıq verilməsi üçün imza kapmanyası başlatıldı. (misra.ru/995-2)

  • 12 yanvar 2017 qondarma «Dağlıq Qarabağ Respublikasının» KVN komandasının Moskvada beynəlxalq yarışmada iştirakının bаykot edilməsi üçün geniş miqyaslı etiraz aksiyası keçirildi. (misra.ru/boykot_kvn)

  • 04 İyul 2017 tarixində Füzuli rayonunda meydana gələn hadisədən sonra Zəhra və nənəsi Sabihanın öldürülməsinə qarşı Moskvadaki Ermənistan təmsilciliyi qarşısında etiraz aksiyası keçirildi və bu aksiya Facebook kanalı ilə 210 000-dən çox izləyici arasında paylaşıldı.  (misra.ru/zaxra)

  • 23 İyul 2017 tarixində Ağdam rayonunun işgal günündə Moskvadaki Ermənistan təmsilciliyi önündə etiraz aksiyası keçirildi. (misra.ru/23-07-2017)

  • 23 Avgust 2017 tarixində Füzuli və Cəbrayıl rayonlarının və ümümiyyətlə Qarabağın işqalına Kopenhaqen, Yekaterinburq və Moskva şəhərlərində etiraz aksiyaları təşkil edildi.

  • 31 Avgust 2017 tarixində Qubadlı rayonunun və ümümiyyətlə Qarabağın işqalına qarşı Çelyabinsk, Yekaterinburq, Moskva, Astraxan, Gomel şəhərlərində etiraz aksiyaları təşkil edildi.

Bu fəaliyyətlərə paralel olaraq, hər həftənin bazar günü İnternet vasitəsi ilə Facebook (fb.com/fuadmalikogluabbasov) və Youtube (youtube.com/youfuata) kanallarında canlı yayınlar təşkil edərək, həm Rusiyada, həm də digər xarici dövlətlərdə yaşayan azərbaycanlıların aktual mövzular ilə əlaqədər suallarına cavab verilməyə dəvam edilir. Həm Moskva, həm də Rusiyanın dəyişik şəhərləridə yaşayan azərbaycanlı  gənclər, tələbələr, ictimayi təşkilatların rəhbərləri ilə mütəmadi görüşlər keçirib bu görüşmələrin video görüntülərini Misra-TV kanalında çanlı yayınlayiram. Azərbaycanın mövgeyini müdafiyə edən Rusiyalı jurnalistlər, politologlar və tarixcilər ilə də görüşlər keçirmək və bu görüşlərin video görüntülərini Misra TV İnternet kanalında yayınlamaq  gündəlik işlərimiz arasında yer almaqdadır.

Rusiyanın federal televiziya kanallarında Türkiyənin maraqlarını qoruyan və qardaş ölkəni müdafiyə edən yeganə jurnalist  və politoloq kimi İTM ve MİSRA rehberi Fuad Abbasov Malikoğlu çıxışlarına bu günə qədər dəvam etməktədir.  (ceninfin.com/?cat=89)

Заказать ПТС в Москве через АzerSat!