Азербайджанское кино: Генерал Ази Асланов (1945)

Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir.

Rejissor: Niyazi Bədəlov
Ssenari müəllifi: Niyazi Bədəlov
Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Ağ-Qara
İl: 1945
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 1 hissə
280 metr
35 mm