Gənclərin 50 yaşlı teatrı (film, 1979)

Film Maksim Qorki Adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 50 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə teatrın yaradılması tarixindən, onun bu günündən və sabahından, sovet və xarici ölkə dramaturqlarının əsərlərinin repertuarda özünə möhkəm yer tutmasından, teatrın yetirmələri olan tanınmış aktyorlardan, gənclərin mənəvi tərbiyəsində və estetik zövqlərinin artırılmasındakı rolundan bəhs olunur.

Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: İnqilab Kərimov
Operator: Köçəri Məmmədov
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
İl: 1979
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 1 hissə
270 metr
35 mm