Герой Франции (1975)

Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur.
Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır.

Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Nadejda İsmayılova
Operator: Rasim İsmayılov
Səs operatoru: Şamil Kərimov
Montaj rejissoru: Elmira Məmmədova
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Müharibə
Dil: Azərbaycan dili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1975
Film çəkilən yerlər: Şəki
Paris, Fransa
Texniki məlumatlar: 2 hissə
560 metr
35 mm