Fəhlə Gülbala Əliyev (film, 1971)

Filmin əsasında qeyri-adi, maraqlı material-məşhur neftçi Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevin həyat tarixçəsi qoyulmuşdur.
G.Əliyev 80 ilə yaxın Azərbaycan torpağının dərinliklərindən qara qızıl çıxarmışdır. Gözlərimiz önündən inqilabdan əvvəl neftin necə çıxarılması gəlib keçir. Sonrakı illərdə o, bütün qüvvəsini neft sənayesinin bərpasına sərf etmişdir. G.Əliyev ömrünün sonuna kimi işləmişdir. Film çəkiləndə qocaman neftçinin 90 yaşı tamam olmuşdu. Buna görə də film qəhrəman haqqında sinxron hekayə formasında qurulmuşdur.

Rejissor: Teymur Bəkirzadə
Ssenari müəllifi: Əli Qafarov
Operator: Tofiq Sultanov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Şamil Kərimov
Janr: sənədli
bioqrafik
Ölkə: Flag of the Soviet Union.svg SSRİ
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: qısametrajlı sənədli film
İl: 1971
Texniki məlumatlar: 2 hissə
560 metr
35 mm