Doğma xalqıma (film, 1954)

Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, «Koroğlu» və «Nərgiz» operalarından, «Yeddi Gözəl», «Qız Qalası», «Gülşən» baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir.

Rejissor: Yan Frid, Hüseyn Seyidzadə
Ssenari müəllifi: Həsən Seyidbəyli
Operator: Əlisəttar Atakişiyev
Rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, A. Freyd
Bəstəkar: Niyazi
Səs operatoru: Ağahüseyn Kərimov
Janr: musiqili
Filmin digər adı: Doğma Xalqımıza
Dil: Rus dili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: tammetrajlı bədii-sənədli film
Rəng: rəngli (ağ-qara kadrlarla)
Vaxt: 64 dəq.
İl: 1954
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 6 hissə
1747 metr
35 mm