Dənizi fəth edənlər (film, 1959)

Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir.
Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir.
«Dənizi Fəth edənlər»-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir.

Rejissor: Roman Karmen
Ssenari müəllifi: İmran Qasımov, Roman Karmen
Operator: Cavanşir Məmmədov, Sergey Medınski
Bəstəkar: Qara Qarayev
Səs operatoru: Ağahüseyn Kərimov
Janr: Sənədli
Dil: Rus dili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii-Sənədli Film
Rəng: Rəngli
İl: 1959
Film çəkilən yerlər: Xəzər dənizi
Texniki məlumatlar: 6 hissə
1658 metr
35 mm