Cavidi xatırlarkən (film, 1982)

Film Azərbaycan ədəbiyyatı tarixinə görkəmli şair-filosof, filosof-dramaturq kimi daxil olmuş Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr edilmişdir. Stalin repressiyasının qurbanı Hüseyn Cavidin həyatı, zəngin ədəbi irsi, faciəli taleyi öz əksini tapmışdır. Kinolentdə Moskva Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Əziz Şərif, teatrşünas, rejissor Mehdi Məmmədov, SSRİ xalq artisti Hökümə Qurbanova ədibin çoxcəhətli yaradıcılığı və əsərlərinin səhnə taleyi haqqında maraqlı söhbətlər edirlər.

Rejissor: Əlihüseyn Hüseynov
Ssenari müəllifi: Turan Cavid, Mirzəağa Mirmövsümov
Operator: Fəraməz Məmmədov
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1982
Texniki məlumatlar: 1 hissə
280 metr
35 mm