Çat (film, 1988)

Filmdə haqqında danışılan azərbaycanlı oğlanlar naməlumluğa gedirdilər. Onların Əfqanıstanda qulluq etmələri isə uzun müddət hamı üçün sirr olaraq qalırdı.
İndi valideynlər övladlarını hərbi xidmətə yola salarkən hərbi komissarlığın qapısı ağzında dayanıb, tələb edirlər: «Bizim uşaqlarımızı qoruyun!» Bu çağırış filmdə Əfqanıstanda həlak olmuş əsgərin dəfnini əks etdirən kadrlarda səslənir. Belə hadisə unudulmur və bağışlanılmır.

Rejissor: Teymur Bəkirzadə
Ssenari müəllifi: Eldar Quliyev, Tatyana Bəkirzadə
Operator: Elxan Əliyev
Səs operatoru: Akif Nuriyev
Janr: Sənədli
Qısametrajlı
Filmin digər adı: Əfqan gündəliyi
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1988
Texniki məlumatlar: 2 hissə
540 metr
35 mm