Bakı və bakılılar (film, 1957)(böyük fraqment)

Filmdə inqilabdan əvvəlki Bakı bu günkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kinolentdə Müsavat höküməti, XI Qırmızı Ordu hissələrinin və onun rəhbərlərinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi öz əksini tapmışdır.

Kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının 30 ildən sonrakı həyatı canlanır. Azərbaycanın paytaxtında yeni küçələr salınmış və binalar tikilmişdir.

İnsan və onun əməyi filmdə əsas yer tutur, tanınmış neftçilərdən Yusif Kərimov və Fuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılır. Publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilmişdir.

Rejissor: Lətif Səfərov
Ssenari müəllifi: Lətif Səfərov
Operator: Arif Nərimanbəyov
Səs operatoru: İlya Ozerski
Janr: Sənədli
Qısametrajlı
Tarixi
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: qısametrajlı sənədli film
İl: 1958
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 3 hissə
842 metr