Bəstəkar Qara Qarayev. Opus-78 (1979)

Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş «Coşğun Qaskoniyalı» müzikli haqqındadır. Rostanın «Sirano de Berjerak» pyesinin motivləri üzrə bəstəkar Qara Qarayev 1973-cü ildə «Coşğun Qaskoniyalı» müziklini yazmış və bu əsər Moskvanın operetta teatrında böyük uğurla tamaşaya qoyulmuşdur. Tamaşa günü dahi bəstəkarın sevincinin həddi-hüdudu yox idi. O, kamera qarşısında dayanıb operettanın yaranma tarixindən danışır.

Filmdə tamaşaya gələnlər və yaradıcı heyətin üzvləri də əsər haqqında öz fikirlərini bölüşür, rejissor Y.Petrov, baş rolun ifaçısı Tatyana Şmıqa müsahibə verirlər.

Rejissor: Arif Qazıyev
Ssenari müəllifi: Arif Qazıyev
Operator: Aydın Axundov, D. Məmmədov
Səs operatoru: Ramiz Bağırov (səs rejissoru)
Janr: Sənədli
Qısametrajlı
Musiqili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycantelefilm»
Filmin növü: Qısametrajlı Sənədli Televiziya Filmi
Rəng: Rəngli
İl: 1979
Film çəkilən yerlər: Moskva, Rusiya
Texniki məlumatlar: 2 hissə
517 metr
35 mm