Azadlığa gedən yollar (film, 1990)

Film Cəfər Cabbarlının «1905-ci ildə» pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur.

Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir.

Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı
Ssenari müəllifi: Xamiz Muradov
Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev
Bəstəkar: Rauf Əliyev
Səs operatoru: Şamil Kərimov
Janr: sənədli
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Salnamə» Sənədli Filmlər Studiyası
Filmin növü: tammetrajlı sənədli film
Rəng: rəngli
İl: 1990
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 7 hissə
1560 metr
35 mm