Azərbaycan mədəniyyətinin baharı (film, 1959)

Film 1959-cu ilin may ayında Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü haqqındadır.
Filmdə ədəbiyyat, balet, opera, dram, təsviri və sirk sənətləri, simfonik və xalq musiqisi sahələrində qazanılmış uğurlar öz əksini tapmışdır. Burada bədii özfəaliyyət kollektivlərinin çıxışları, ongünlükdə ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayişi barədə də söhbət açılır.

Rejissor: Cavanşir Məmmədov, Xan Babayev
Ssenari müəllifi: Hüseyn Nəcəfov
Operator: Cavanşir Məmmədov, Xan Babayev, Seyfulla Bədəlov, M. Prudnikov
Bəstəkar: Rauf Hacıyev
Səs operatoru: Ağahüseyn Kərimov
Janr: Sənədli
Musiqili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Tammetrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1959
Film çəkilən yerlər: Moskva, Rusiya
Texniki məlumatlar: 6 hissə
1671 metr
35 mm