Azərbaycan kinosu-80 (film, 1996)

Film Azərbaycan milli kinosunun 80 illiyi ilə əlaqədar bir növ kinomuzun salnaməsi səpgisində çəkilmiş və görkəmli kino xadimlərinin yaradıcılıq bəhrələrinə həsr edilmişdir.
Filmdə kinorejissor Muxtar Dadaşov «Arşın Mal Alan» kinokomediyasının çəkilişlərindən söhbət açır. Kinoaktrisa Leyla Bədirbəyli, kinorejissorlardan Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Rasim Ocaqov və başqa sənətkarlar müsahibə verir, kinomuzun gələcəyi ilə bağlı məsələlərdən danışırlar. Biz ekranda kino ustalarından Əlisəttar Atakişiyevi, Arif Babayevi, Arif Nərimanbəyovu, Lətif Səfərovu, Eldar Quliyevi, Rüstəm İbrahimbəyovu, Oqtay Mirqasımovu, Xamis Muradovu görürük.

Rejissor: Cəmil Fərəcov
Ssenari müəllifi: Toğrul Cuvarlı, Cəmil Fərəcov
Operator: Sərdar Vəliyev
Səs operatoru: Əsəd Əsədov
Janr: Sənədli
Qısametrajlı
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Salnamə» Sənədli Filmlər Studiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1996
Texniki məlumatlar: 5 hissə
1300 metr
35 mm