Almas İldırım (film, 1991)

Фуад Аббасов Маликоглу-МисраТВ

Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.
Almas İldırım Türkiyədə yaşayıb yaratsa da, demək olar ki, bütün şerləri Azərbaycanla, onun əsrarəngiz təbiəti ilə bağlı olmuşdur.
Filmdə şairin həyat yoldaşı Zivər xanım, oğlanları Azər, Araz, Otkan, 30-cu illərdə Almas İldırımla «Qızıl Qələmlilər» İttifaqında birgə çalışan, indi Dəvəçidə yaşayan şair Nağı, İttihad məktəbində şairlə birgə təhsil almış buzovnalı Abbas müəllim şair haqqında xatirələrini söyləyirlər.
Filmdə şairin oğlu Azərin həyat yoldaşı ilə Bakıya gəlişi, Şüvəlanda əmisi Güləli Almaszadə ilə görüşləri, onların səfəri barədə maraqlı epizodlar var.

Rejissor: Zaur Məhərrəmov
Ssenari müəllifi: Ramiz Rövşən, Maarif Teymurov
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Eldar Mansurov
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Yaddaş» Sənədli Filmlər Studiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1991
Film çəkilən yerlər: Bakı
Bakı, Buzovna qəsəbəsi
Bakı, Şüvəlan qəsəbəsi
Dəvəçi
Texniki məlumatlar: 2 hissə
560 metr
35 mm