Ağ kətandakı adam (film, 2000)

Ağ kətandakı adam tammetrajlı sənədli film rejissor Şamil Nəcəfzadə tərəfindən 2000-ci ildə çəkilmişdir. Film Simurq kinostudiyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır.

Məzmun
Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır.

Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və «Azərbaycanfilm» kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.

Orijinal ad: Ağ kətandakı adam
Rejissor: Şamil Nəcəfzadə
Ssenari müəllifi: Şamil Nəcəfzadə
Operator: Rövşən Quliyev
Prodüser: Davud İmanov
Şamil Nəcəfzadə
Janr: sənədli
bioqrafik
Dil: azərbaycanca
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: Simurq kinostudiyası
Filmin növü: tammetrajlı sənədli film
Rəng: rəngli