Ağ atlı oğlan (1995)

Hərbi-vətənpərvərlik filmidir. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.

Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi «Ağ atlı oğlan» nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür…

Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.

Rejissor: Ənvər Əbluc
Ssenari müəllifləri: İsi Məlikzadə, Ənvər Əbluc
Operatorlar: Rafiq Əliyev, Rövşən Quliyev
Rəssam: Nizami Bəydəmirov
Bəstəkar: Oqtay Rəcəbov

Rollarda

Abbasqulu Əbluc — Murad
Sədayə Mustafayeva — Mirvari nənə (S. Mustafayeva kimi)
Orxan Nadirov — Rəşad (O. Nadirov kimi)
Yaşar Nuri — Əbdül (Y. Nuriyev kimi)
Ruslan Nəsirov — Cəfər (R. Nəsirov kimi)
Dilarə Nəzərova — Səidə (D. Nəzərova kimi)
Səidə Səfərova — Günay (S. Səfərova kimi)
Xumar Əhədova — Xumar (X. Əhədova kimi)
Laləzar Mustafayeva — Şəhla (L. Mustafayeva kimi)
Elxan Quliyev — Şahin (E. Quliyev kimi)
Məzahir Ağayev — komandir (M.Ağayev kimi)
N.Axundov — İmran
Azad Dadaşov
Vaqif Əliyev (V. Əliyev kimi) — erməni
Lətifə Əliyeva (L. Əliyeva kimi) — əsgər anası (obraz titrlərdə göstərilməyib)
A. Vəliyev
Ə. Vəliyev
T. Şirzadova
Fərəc Fərəcov — erməni əsgər (F. Fərəcov) (obraz titrlərdə göstərilməyib)
Elxan Abbasov (E. Abbasov kimi)
Rafiq İbrahimov (R. İbrahimov kimi) — polis işçisi
Muxtar Əzizbəyov (M. Əzizbəyov kimi)
İ. Əsgəroğlu (İ. Əskəroğlu kimi)
Firuz Xudaverdiyev — kənd sakini (titrlərdə yoxdur)