Ad günü (1977)

Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi «Dost haqqında söhbət» də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.

Rejissor: Rasim Ocaqov
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Operator: Zaur Məhərrəmov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Emin Sabitoğlu

Rollarda

Rollarda

Hacı İsmayılov — Mustafa
Şəfiqə Məmmədova — Fəridə
David Uplisaşvili — Əli
Şükufə Yusupova — Rəna

Filmdə çəkilmişlər

Qeyd: obrazların adları titrlərdə göstərilməmişdir.

E. Qasımov — Əlinin oğlu
Sədayə Mustafayeva (S. Mustafayeva kimi) — Əlinin anası
Hüseynağa Sadıqov (H. Sadıxov kimi) — Əlinin atası
Fuad Poladov (F. Poladov kimi) — Nazim
Ağahüseyn Kərimov A. Kərimov kimi) — Həmid dayı
Rafiq Əzimov (R. Əzimov kimi) — Səlim
Səməndər Rzayev (S. Rzayev kimi) — Faiq
Yaşar Nuri (Y. Nuriyev kimi) — Eldar
Ramiz Məlikov (R. Məlikov kimi) — Əlinin dostu
Tariyel Qasımov (T. Qasımov kimi) — Həsən
Gülşən Qurbanova (G. Qurbanova kimi) — Şeyda
Muxtar Maniyev (M. Maniyev kimi) — briqadir
Kənan Məmmədov (K. Məmmədov kimi) — Namiq
Larisa Xələfova (L. Xələfova kimi) — Eldarın rəfiqəsi
Viktor Şerbakov (V. Şerbakov kimi)
T. Məmmədov — Tofiq
Dinarə Yusifova (D. Yusufova kimi) — qonaq
Eldəniz Rəsulov (E. Rəsulov kimi) — Əlinin dostu
Rüstəm Bəqdəlov (R. Bəqdəlov kimi)-qonaq
Şəmsi Şəmsizadə (Ş. Şəmsizadə kimi) — qonaq

Titrlərdə olmayanlar

Muxtar Avşarov — bufetçi
Məmmədkamal Kazımov — satıcı
Cahangir Aslanoğlu — poçt şöbəsindəki adam
Əliheydər Həsənzadə — heykəlin yanındakı adam

Filmi səsləndirənlər

Qeyd: filmi səsləndirənlər titrlərdə qeyd olunmamışdır.

Rasim Balayev — Nazim (Fuad Poladov)
Yusif Vəliyev — Həmid dayı (Ağahüseyn Kərimov)
Ramiz Əzizbəyli — Eldar (Yaşar Nuri)
Şahmar Ələkbərov — Əli (David Uplisaşvili)
Əminə Yusifqızı — Rəna (Şükufə Yusifova)
Elxan Ağahüseynoğlu — qəssab