Abşeron rəngləri (film, 1983)

Öz füsunkar təbiəti ilə insanları valeh edən sirli-sehrli Abşeronumuz… Payızda Abşeronun rəngləri də başqa olur. Bu məkanı elektrik qatarı ilə gəzməyin öz ləzzəti vardır.

Mənzərə filmi tamaşaçıları rəssam Rasim Babayevin əsərləri və pianoçu-bəstəkar Vaqif Mustafazadənin «Payız lövhələri» vasitəsilə Abşeronun görməli yerləri ilə tanış edir.

Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Nuhbala Quliyev
Operator: Vladimir Konyagin
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Dil: rus dili(titrlər)
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: qısametrajlı sənədli film
Rəng: rəngli
Vaxt: 9 dəq.
İl: 1983
Film çəkilən yerlər: Abşeron, Atəşgah
Texniki məlumatlar: 1 hissə
280 metr
35 mm