Türkiyənin Anadolu Agentliyində COJEP World Network üzvləri ilə görüş keçirildi

“COJEP International Netvork-e üzvrlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

Anadolu Agentliyi World Languages-ın baş redaktoru Erman Yüksel və Agentliyin digər nüçayəndələri ilə görüş keçirilib. Görüş çərçivəsində Erman Yüksel, qlobal baxışı və işi haqqında təqdimatla çıxış etdi.

Anadolu Agentliyinin dünyanın müxtəlif yerlərində 41 ofisi olduğunu və yüzlərlə müxbirinin müxtəlif ölkələrdə çalışdığını bildirən Yüksel, Agentliyin “7 qitədə xəbər işi gördüyünü” qeyd edib. Ageentliyin 13 dildə yayım fəaliyyətləri haqqında məlumat verən Yüksel, “Gündə 2000-dən çox xəbər, 2800-dən çox şəkil, 23 canlı yayım və 8 infoqrafika istehsal edirik” dedi.

Yüksel təqdimatından sonra nümayəndə heyəti üzvlərinin AA-nın işi ilə bağlı suallarını cavablandırıb. Görüşdə ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov tərəfindən layihə təqdim olundu. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihə Post sovet məkanında türkəsilli müdia qurumları  və QHT-lərlə əməkdaşlıq çərçivəsində internet TV yaradılmasını nəzərdə tutur.

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

iddalliance.org