Bülbül (film, 1968)

Film xalqımızın sevimli sənətkarı, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli opera müğənnisi, xanəndə, musiqi folkloru tədqiqatçısı Bülbül Məmmədovun anadan olmasının 70 illiyinə həsr edilmişdir.
Film bizi müğənninin uşaqlıq illəri, onun boya-başa çatdığı musiqiçilər vətəni Şuşa şəhəri ilə tanış edir. Kadrlar bir-birini əvəz edir. Budur, Bülbül Azərbaycan Dövlət Konservatoriyasının tələbəsidir… Avropa vokal mədəniyyətinin mərkəzi Milan şəhəri… Sevdiyi sənətin sirlərinə dərindən yiyələnən Bülbül burada təhsil alır…
Kadrlar böyük sənətkarın həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini göz önündə canlandırır.
Film iki hissədən ibarətdir. 2-ci hissə Bülbülün səhnə fəaliyyətindən danışır. Burada şair Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, müğənni S. Kozlovski görkəmli müğənni Bülbül haqqında xatirələrini söyləyirlər.

Rejissor: Musa Bağırov
Ssenari müəllifi: Kərim Kərimov
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
İl: 1968
Film çəkilən yerlər: Şuşa
Bakı
Texniki məlumatlar: 2 hissə
576 metr
35 mm