İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.
Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.
Rejissor: Aleksandr Mişon
Operator: Aleksandr Mişon
Janr: sənədli
qısametrajlı
İlk baxış tarixi: 6 avqust 1898
Filmin digər adı: 1898-ci il iyulun 27-də Bibiheybətdə neft fontanı yanğını
Dil: səssiz
Filmin növü: qısametrajlı sənədli film
Rəng: ağ-qara
Vaxt: 0,5 dəq.
Film çəkilən yerlər: Bakı, Bibiheybət
Texniki məlumatlar: 1 hissə