«Bu mənim şəhərimdir». Film aparıcının bu sözləri ilə başlanır. Sonra tamaşaçılar Bakının görməli yerlərinə seyrə çıxır, qoruq muzeyi olan Bakı qalası-İçəri şəhəri gəzir, qədim Şirvanşahlar sarayı ilə tanış olur, xarici səyyahların İçəri şəhər haqqında təssüratlarını dinləyirlər.
Filmdə «Qaya» vokal kvartetinin ifasında müxtəlif mahnılar səslənir.
Rejissor: Tofiq Mirzəyev
Ssenari müəllifi: Tofiq Mirzəyev
Operator: Faiq Aslanbəyov
Janr: Sənədli
Qısametrajlı
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Ekran»
Filmin növü: Qısametrajlı Sənədli Televiziya Filmi
İl: 1969
Film çəkilən yerlər: Bakı, İçəri şəhər
Texniki məlumatlar: 1 hissə
232 metr
35 mm