Azərbaycan: Tarixdən səhifələr. 2-ci film (film, 2007)

4 filmdən ibarət olan sənədli serial Azərbaycan tarxinin ən maraqlı səhifələrini vərəqləyir.

Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 705-ci ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər).

Rejissor: Nizami Abbas
Ssenari müəllifi: Yaqub Məmmədov
Operator: Nizami Abbas
Prodüser: Xanlar Cəfərov
Səs rejissoru: Anar Quliyev
Janr: sənədli
tarixi
Dil: azərbaycanca
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Yaddaş» studiyası
Filmin növü: 4 seriyalı sənədli film
Rəng: rəngli
İl: 2006-2008