Publisistik araşdırmalar üzərində qurulmuş film bədii və sənədli kinonun sintezindən ibarət olan, bu günümüzlə səsləşən ekran əsəridir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.
Kinolentdə atasının maarifçilik fəaliyyəti ilə bağlı söhbətlər qızının xatirələri əsasında qurulmuşdur.
Rejissor: Ayaz Salayev
Ssenari müəllifi: Ayaz Salayev
Operator: Yuri Varnovski
Rəssam: Pərviz Quliyev
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Debüt» Yaradıcılıq Birliyi
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
İl: 1988
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 5 hissə
1380 metr
35 mm