Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə həsr olunmuşdur. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət etmişlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləmiş, «Dədə Qorqud» dan başlayaraq, bugünki aşıq yaradıcılığına qədər olan dövrdən bəhs etmişlər.
Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: İlyas Tapdıq
Operator: Fəraməz Məmmədov
Səs operatoru: Şamil Kərimov
Janr: Sənədli
Qısametrajlı
Bioqrafik
Dil: Azərbaycan dili
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Azərbaycanfilm» Kinostudiyası
Filmin növü: Qısametrajlı Sənədli Film
Rəng: Rəngli
Vaxt: 17,5 dəq.
İl: 1972
Texniki məlumatlar: 2 hissə
500 metr
35 mm