150 il. Mirzə Fətəli Axundov (film, 1962)

150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. Film «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmişdir.

Məzmun
Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.

Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.

Burada dramaturqun məşhur «Hacı Qara» pyesindən bir səhnə ekranlaşdırılmışdır.

Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır.

Mükafat
1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır.

Rejissor: Niyazi Bədəlov[1]
Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov[1]
Əhmədağa Qurbanov[1]
Operator: Vladimir Zbudski[1]
Rəssam: Nadir Zeynalov[1]
Səs operatoru: Şamil Kərimov[1]
Janr: sənədli
qısametrajlı
tarixi
bioqrafik
Filmin digər adı: M. F. Axundov[1]
Dil: rusca
Ölkə: Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
İstehsalçı qurum: «Azərbaycanfilm» kinostudiyası[1]
Filmin növü: qısametrajlı sənədli film
Rəng: ağ-qara