9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə ekranlaşdırılmışdır. Film «Azərkinovideo» istehsalat birliyinin sifarişilə «Salnamə» sənədli filmlər studiyasında istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir.
Məzmun
Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.
Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də. Şad günləri müəlliflər xudmani toy səhnəsilə, bəd günləri isə xəstə qocanın ölümü ilə göstərirlər. Zaman yenə ötüb-keçir, həyat öz axarıyla davam edir və filmin sonunda dünyaya yeni uşaq-yeni nəsil gəlir…
Maraqlı fakt
Film «Azərkinovideo» istehsalat birliyinin sifarişilə çəkilmişdir.
Mükafat
2000-ci ildə *Film «Humay» Mükafatına layiq görülmüşdür.
Film üzərində işləyənlər
Ssenari müəllifi: Aydın Dadaşov
Rejissor: Xamiz Muradov (Xamis Muğal kimi), Tofiq Məmmədov (Tofiq İmirli kimi)
Operator: Rəfael Salamzadə
Səs operatoru: Kamal Seyidov
Montajçı: Samirə Seyidbəyova
Redaktor: Asim Cəlilov
Direktor: İbrahim Səfərov
Digər məlumatlar
Janr: sənədli, qısametrajlı
Dil: azərbaycanca
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
İstehsalçı qurum: «Salnamə» sənədli filmlər studiyası
Filmin növü: qısametrajlı sənədli film
Rəng: ağ-qara
Vaxt: 00:09:20
İl: 1999
Texniki məlumatlar: 1 hissə, 265 metr