Türkiye Prezidentin baş müşaviri Yalçın Topçu Xocavənddə ilk otelinin açılışında iştirak edib
19.05.2025
Türkiye Prezidentin baş müşaviri Yalçın Topçu Xocavənd otelinin açılışında iştirak edib. Prezidentin baş müşaviri Yalçın Topçu Qarabağın Xocavənd şəhərində, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin dəvəti ilə mayın 17-də Xocavənd otelinin açılışında iştirak edib. Açılışda Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Ağdam, Füzuli və Xocavənd şəhərlərinin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, həmçinin Qarabağ qaziləri və şəhid ailələri iştirak ediblər. Yalçın Topçu açılış münasibətilə etdiyi çıxışında, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk millətinin salamlarını çatdıraraq bunları qeyd edib: “BMT və ATƏT-in qərarlarına baxmayaraq 30 ildir erməni silahlı qüvvələri və terror təşkilatlarının işğalı və soyqırımı altında olan öz torpağı Qarabağı, qəhrəman övladlarının nəcib qanları və müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin böyük iradəsi və müdrikliyi ilə idarə etdiyi 44 günlük şanlı qələbənin nəticəsində, işğalçıları it qovan kimi qovub işğaldan azad etdi. Can Azərbaycan; ermənilər kimi başqasının torpağını işğal etməyib, mülki şəxsləri və mülki yaşayış məntəqələrini hədəf almayıb, soyqırım törətməyib, müharibənin və beynəlxalq hüququn qanuniliyi çərçivəsində qalaraq 44 günlük şanlı qələbəsini həyata keçirib. İndi zaman, erməni işğalçılarının dağıtdığı Qarabağın hər guşəsini birlikdə yenidən dirçəltmək və bərpa etməkdir və Türkiyə bu məsələdə də Can Azərbaycanın yanında olacaqdır. Məhz bu dirçəliş və bərpanın çox gözəl bir nümunəsini Azərbaycanın milli qəhrəmanı və türk dünyasının da qəhrəman övladı, qardaşım İbad Hüseynli həyata keçirdi. Açılışını həyata keçirdiyimiz bu gözəl məkan Xocavənd və Qarabağ üçün xeyirli olsun, inşallah çox-çox ziyarətçi qəbul etsin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa nəsib etsin, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun şanlı əsgərlərinə eşq olsun. Dost da, düşmən də gördü ki Qarabağ Azərbaycandır!” deyərək nitqini tamamlayıb.