40-cı qapı (2008)

40-cı qapı filmi rejissor Elçin Musaoğlu[1] tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Ritm Production»da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov, Adil Zeynalov, Özal Muradov, Kənan Fərəcullayev, Fərid Tahirov və Tural Məmmədov ifa edirlər.

Məzmun
Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir.

Maraqlı fakt[
Film 30-dan çox beynəlxalq festivalda iştirak edib.

Festivallar və mükafatlar
2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür.[3]

2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında «Ən parlaq debüt»mükafatını almışdır. [4]

2009-cu ildə 19-cu Beynəlxalq Cottbus Film Festivalında «The International Film Guide Inspiration Award» və «Prize of the Ecumenical Jury with a Special Mention» mükafatlarını alıb.[4]

2009-cu ildə Monteneqro TV və Film Festivalında «The award for best photography», «The award for best directing» və «Silver olive» mükafatlarını alıb.[4]

2010-cu ildə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) «Federico Fellini Award» mükafatını alıb.[5]

2010-cu ildə Eurasia IFF (Qazağıstan) festivalında «Award Jury NETPAC» mükafatını alıb.[6]

2010-cu ildə New York Eurasia Film Festivalında «Award Best Screenplay» mükafatını alıb.

Rejissor: Elçin Musaoğlu
Ssenari müəllifi: Elçin Musaoğlu
Operator: Abdulrəhim Beşarat
Prodüser: Xaqani Savalan
Elçin Musaoğlu
Rəssam: Elxan Nəbiyev
Bəstəkar: N. Faiq
Səs operatoru: Məsud Behnan
Montaj: Kavə İmani
Rollarda: Həsən Səfərov
Rövşən Ağayev
Gülər Nəbiyeva
Elmira Şabanova
Rafiq Əzimov
Adil Zeynalov
Özal Muradov
Kənan Fərəcullayev
Fərid Tahirov
Tural Məmmədov
Janr: dram
İlk baxış tarixi: 25 fevral, 2009, Bakı, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı
Filmin digər adı: 40-cı otaq
Qırxıncı qapı
Dil: azərbaycanca
Ölkə: Flag of Azerbaijan.svg Azərbaycan
Flag of Germany.svg Almaniya
İstehsalçı qurum: Ritm Prodakşn
Filmin növü: tammetrajlı bədii film
Rəng: rəngli
Vaxt: 01:21:03
İl: 2008
Film çəkilən yerlər: Bakı, Qala kəndi
Texniki məlumatlar: 9 hissə