Азербайджанское кино: 1001-я гастроль (1974)

1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film «Azərbaycanfilm» kinostudiyasında[2] istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir.[1] Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava, Mavr Pyasetski, Rafiq Babayev, Rəsmi Cəbrayılov, Adil İsgəndərov və Rafiq Əzimov ifa edirlər.

Məzmun
Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir.

…Müğənni Eldarın(Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin(Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.

Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir.

Maraqlı fakt
Filmdə Tofiq Quliyev, Tofiq Babayev(T. Babayev kimi), A. Sultanova, Rəşid Behbudov, Oqtay Kazımov, Rafiq Babayev musiqi əsərlərində istifadə olunmuşdur.

Rollarda
Rəşid Behbudov — Eldar Əliyev
İnarə Quliyeva — İradə
İnna Leşşinskaya — Beba
Liya Eliava — Şirin xanım
Mavr Pyasetski — Pertsimmer
Rafiq Babayev — Tofiq
Rəsmi Cəbrayılov — Qaranəfəs
Adil İsgəndərov — Əliqafar
Rafiq Əzimov — Qaqaş
Adil İsmayılov — Yatağan
Nəsibə Zeynalova — Şərəbanı nənə
Kojevnikov
Aydın Mahmudbəyov — Marat
R. Rzayev — musiqiçi
Sərdarov — musiqiçi
Mayak Kərimov — musiqiçi
Telman Adıgözəlov — musiqiçi
Ağaxan Salmanov — musiqiçi
Akif Əli — musiqiçi
F. Yusubova
Kazımov
Eldar Əliyev — rejissor
Ramiz Məlikov — teatr üzvü
Məmmədsadıq Nuriyev
Ramiz Məmmədov — teatr üzvü

Filmi səsləndirənlər
Rasim Balayev — Eldar (Rəşid Behbudov)
Şahmar Ələkbərov — rejissor (Eldar Əliyev)
Şəfiqə Məmmədova — Leyla

Rejissor: Oqtay Mirqasımov[1]
Ssenari müəllifi: Vaqif Səmədoğlu
Oqtay Mirqasımov
Operator: Rafiq Qəmbərov
Rəssam: Rafiz İsmayılov
Bəstəkar: Rafiq Babayev
Səs operatoru: Akif Nuriyev
Montaj: Nelli Mahmudova
Rollarda: Rəşid Behbudov
İnarə Quliyeva
İnna Leşşinskaya
Liya Eliava
Mavr Pyasetski
Rafiq Babayev
Rəsmi Cəbrayılov
Adil İsgəndərov
Rafiq Əzimov
Filmi səsləndirənlər: Rasim Balayev
Şahmar Ələkbərov
Şəfiqə Məmmədova
Janr: komediya
musiqili
İlk baxış tarixi: 29 sentyabr 1974
Filmin digər adı: Min birinci qastrol
Dil: azərbaycanca
Ölkə: Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
İstehsalçı qurum: «Azərbaycanfilm» kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: rəngli[2]
Vaxt: 01:05:24
İl: 1974[2]
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 7 hissə[2]
1948,7 metr
genişekranlı